!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin sülh danışıqları MESAJI: “Ukrayna Prezidenti görür ki, xalq müharibədən...”

!Reklam – Yazi

“Əgər müharibə bir tərəfin qalibiyyəti, digər tərəfin məğlubiyyəti ilə bitmirsə, qüvvələr tükənirsə, o zaman atəkəs elan olunur”.

Bu fikirləri Səudiyyə Ərəbistanında səfərdə olan Ukrayna prezidenti Volodimir Zeleniskinin Rusiya ilə sülh danışıqlarına dair verdiyi mesajı şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında bağlanacaq sülh müqaviləsi müvvəqqəti xarakter daşıyacaq:

“Hər hansı müharibə bir tərəfin məğlubiyyəti ilə bitir. Əgər müharibə bir tərəfin qalibiyyəti, digər tərəfin məğlubiyyəti ilə bitmirsə, qüvvələr tükənirsə, o zaman atəkəs elan olunur. Məsələn, bizdə olduğu kimi, 1994-cü ildə Bişkek protokolu ilə atəş dayandırıldı. Bundan sonra tərəflər yenidən güc yığmağa başladılar.

Rusiya Ukrayna ərazisinin 25 faizini işğal edib. Ancaq onun tam qələbə qazanmaq, Ukraynanın isə öz torpaqlarını geri qaytarmaq imkanı yoxdur. İtkilər həddindən artıq çoxdur. Əhali də artıq müharibədən bezib. Əvvəl 10 minlərlə insan gedib könüllü yazılırdısa, indi əksinə, ordudan yayınırlar, xaricə qaçırlar, rüşvət verirlər ki, əsgərliyə getməsinlər. Hər bir insan yaşamaq istəyir.

Müharibə yalnız hakim zümrələrə xeyir gətirir. Ölənlərinsə 99 faizi kasıb adamlar olur. Belə bir şəraitdə Zeleniski görür ki, cəmiyyət müharibədən doyub. Əvvəlki ehtiras, inam yoxdur. Ona görə də, sülh müqaviləsindən danışır.

Lakin imzalansa belə, o sülh müqaviləsi müvəqəti olacaq. Ukrayna razı olmaz ki, işğal edilmiş torpaqlar ruslara qalsın. Rusiya isə həyasızlıqla işğal etdiyi əraziləri Konstitutsiuasına salıb. Səudiyyə Ərəbistanı son dövrlərdə Rusiya ilə Qərb arasındakı əlaqələrdə vacib rol oynayır. Xüsusilə, əsrlərin azad edilməsində və hümanitar məsələlərdə bu ölkə Ukraynaya kifayət qədər dəstək verir”.

Səxavət Məmməd

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv