!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin sülh planına Kremldən SƏRT CAVAB

!Reklam – Yazi

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Zelenskinin G7 ölkələri ilə görüşündə irəli sürdüyü 3 addımlı sülh planı gərginliyi daha da artırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski G7 ölkələrindən üç mərhələli sülh planını həyata keçirmələrini xahiş edərək yeni hərbi dəstək, enerji dəstəyi təmin etmək və yeni diplomatiya aparmaq istəyini dilə gətirib.

Rəsmi Moskva Zelenskinin bu təklifinə çox sərt reaksiya verib. Kreml Zelenskinin təklifini “düşmənçilyin davam etdirilməsi planı” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada, “Ukrayna hər iki tərəfin sülhə nail olması üçün müəyyən faktları qəbul etməlidir” – deyib. Peskov onu da bildirib ki, “bu faktlar” nəzərə alınmasa, heç bir irəliləyiş olmayacaq.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv