!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskiyə hərbi çevrilişlə bağlı xəbərdarlıq edildi

!Reklam – Yazi

Ukrayna prezidenti Volodimir Zelenskinin uydurduğu “nağıllar” ölkədə hərbi çevrilişə səbəb ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Raymond Makqovern “YouTube” kanalına danışıb.

“Hər gün yüzlərlə Ukrayna hərbçisi ölür. Bəs Zelenski nə edir? Nağıllar uydurmağa davam edir”, – o müsahibəsində deyib.

Onun sözlərinə görə, nağılların Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması an məsələsidir. Keçmiş MKİ zabiti xatırladıb ki, son vaxtlar Ukrayna prezidenti getdikcə daha çox Qərbin hava hücumundan müdafiə sistemlərindən “səma qalxanı”ndan danışır.

Makqovern bildirib ki, reallıqda Ukraynanın Rusiyanın zərbələrini dəf etmək imkanı yoxdur. Beləliklə, Zelenski sadəcə olaraq yalan danışır, ukraynalıların loyallığını qazanmağa və Qərbin dəstəyini almağa çalışır.

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv