!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskiyə sui-qəsdi kim və necə planlaşdırıb? - ƏTRAFLI

!Reklam – Yazi

“Zelenski müharibənin lap əvvəllində qətlə yetirilməli idi”.

Yenicag.az xəbər verir ki, bu barədə müstəntiq Xristo Qrozev jurnalist Mixail Ziqarla müsahibəsində bildirib.

O, Ukrayna prezidenti Volodimir Zelenskinin qətlinin necə planlaşdırıldığı barədə danışıb.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Kiyevə Zelenskiyə sui-qəsdi həyata keçirmək üçün gəliblər.

Qrozevin sözlərinə görə, qruplaşma Ukraynaya müharibə başlamazdan bir neçə həftə əvvəl gəlib.

“Onlar Kiyevə yaxınlaşmaq üçün Belarus ərazisinə daxil olublar. Bəziləri isə Kiyevə daxil olub və şəhərin siyasi məhəlləsini işğal etmək niyyətində olublar”, – müstəntiq deyib.

Bunlar Avropada bir sıra zəhərlənmə və partlayışlarda şübhəli bilinən bölməyə rəhbərlik edən rus ordusunun generalı Andrey Averyanovun tabeliyində olan 30-a yaxın adam olub. Qrozev deyir ki, bu, çox elit qrupdur.

“Onlar Çexiya və Bolqarıstanda anbarları partladan, Skripalları zəhərləyənlərdir.

Biz bu komandanın bir neçə üzvünün ünsiyyətini izlədik. Bu qorxulu idi. Çünki onların məqsədlərinin nə olduğunu gördük. Onlar Zelenskini öldürməli idilər”, – müstəntiq qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv