!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Zəlzələ faktı dünya ölkələrinin Türkiyəyə münasibətini göstərdi" - ŞƏRH

!Reklam – Yazi

Ötən il dünyanın ən varlı adamı İlon Mask “Twitter” hesabından etdiyi paylaşımla müzakirələrə səbəb olmuşdu. Maskın yazısında çarpayısında yatan bir Bizans əsgəri: “Mən qapını bağladımmı?” – deyərək çəkilib. Şəklin altındakı “Konstantinopol 1453” yazısı Fateh Sultan Mehmetin İstanbulu fəth etdiyi ili ifadə edib. Lakin istifadəçilərin əksəriyyəti bu paylaşımın məqsədini anlaya bilməyib. İlon Maskın Konstantinopol tvitində “Lənət olsun, yoxsa özünü tənqid edir?” şərhi mübahisə də yaradıb. Müzakirələrdə tarixçi alim Əmrah Səfa Gürkan da iştirak edib. İlon Maskın tvitinin altından: “Türk qüvvələri bizanslıların mühafizəsiz qoyduğu (açıq da olsa) bir qapıdan şəhərə girdilər. Zarafat deyil”, – deyə izah edib.

Ötən gün Türkiyədə baş verən zəlzələ nəticəsində dünya ölkələrinin reaksiyaları isə İlon Maskın o vaxtı paylaşımının yenidən müzakirələrə səbəb olmasına yola açıb. Bəziləri hesab edir ki, İlon Mask həmin paylaşımla bir növ Türkiyəyə xəbərdarlıq edib.

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Yenicag.az-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələ rəsmi Ankaraya münasibətin səviyyəsini açıq şəkildə göstərdi:

“Türkiyədə baş verən zəlzələnin süni olması ehtimalı yüksəkdir. Hər halda, bunu etmək elə də çətin deyil. Yəni müxtəlif yollarla süni zəlzələ yaratmaq mümkündür. Ən azından yeraltından raket buraxılsa, yerin üstündə ciddi titrəyişlərə səbəb olur. Türkiyə seysmik ərazi olsa da, uzun müddətdir bu dərəcədə güclü zəlzələ baş verməmişdi. Nəzərə alaq ki, Türkiyədə prezident və parlament seçkiləri yaxınlaşır. Bundan əvvəlki illərdə də Türkiyədə provakasiya cəhdləri olub. Buna Quranın yandırılması, konsulluqların bağlanmasını misal çəkmək olar. Bu addımlar Türkiyədə terror hadisəsinin ola biləcəyi ehtimalına görə idi. Məlum zəlzələ hadisəsində diqqət çəkən məqamlar da var. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə başsağlığı verdi və kömək etməyə hazır olduğunu bildirdi. Bundan başqa, Yunanıstanın xarici işlər naziri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışdı. Əslində, zəlzələ faktı dünya ölkələrinin Türkiyəyə münasibətini göstərdi”.

Gülşən Şərif

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv