!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zəlzələ peyğəmbəri”nin YENI QORXUNC PROQNOZU: Qurban Yetirmişlidən əhaliyə XƏBƏRDARLIQ

!Reklam – Yazi

Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələni 3 gün öncədən proqnozlaşdıran və sosial media hesabında paylaşan “zəlzələ peyğəmbəri” ləqəbli məşhur mütəxəssis Frank Hoogerbeets yeni açıqlamalar verib. Qarşıdakı günlərdə güclü yeraltı təkanlar olacağını bildirən Hoogerbeetsin açıqlaması sosial şəbəkələrdə çaxnaşma yaradıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Yenicag.az-a açıqlamasında bunu şayiə adlandırıb:

“Nə peyğəmbər? Mən bir nəfər Məhəmməd Peyğəmbəri tanıyıram, ikincisini tanımıram. Zəlzələnin yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar. Mənim o falabaxanlarla işim yoxdur, o xəbərləri heç oxumuram da.

Biz elm və texnikanın yenilənmiş mərhələsində yaşayırıq. Bu yaxınlarda zəlzələ baş verən zaman telefonlarda yayılan məlumatlar yadınızdadır? Onda da dedim. Gedin, rahat dincəlin, yatın.

Həmin deyilən vaxt bir təkan oldumu? Olmadı. Çünki mən fala baxıb bunu demirdim. Orada müəyyən parametrlərə əsaslanıb deyirdim. Buna görə də üzərimə elə böyük məsuliyyət götürüb o sözü dedim.

Heç bir təlaşa ehtiyac yoxdur. Elə bil güclü, katastrofik , dağıdıcı zəlzələ amili də yoxdur. Xırda təkanlar var, bunlar qorxulu bir şey deyil. Ogünkü zəlzələ 5,5 bal gücündə oldu. Harada fəsad törətdi? Sadəcə insanlarda Türkiyədəki zəlzələnin xofu var idi. İnsanları maarifləndirmək lazımdır. Şayiələrə inanmayın, rəsmi qurumların məlumatına inanın”.

Cəvahir

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv