!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələ qorxusu, həyət evlərinə artan tələbat: Mənzil bazarında qiymətlər artacaqmı? – EKSPERT RƏYİ

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələ nəticəsində 10 minlərlə binanın dağılması fərdi həyət evlərinin daha təhlükəsiz olması məsələsini gündəmə gətirib.

Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti yenitikililərdən mənzil almağa maraq göstərir, o halda sual doğur: zəlzənin nəticələri ilə bağlı fərdi həyət evlərinə artan tələbat istər fərdi yaşayış evlərində, istərsə də yenitikililərdə mövcud qiymətlərə təsir göstərəcəkmi?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Yenicag.az-a açıqlamasında zəlzələ qorxusundan yaranan psixoloji məqamla əlaqədar insanlarda fərdi yaşayış evlərinə marağın artacağını və bunun da qiymətlərə təsirinin qaçılmaz olacağını bildirib:

“Bu, son iki gün ərzindədə ən çox müzakirə olunan məsələlərdən biridir. Burada əsas məsələ binaların keyfiyyət məsələsi deyil, sadəcə olaraq daha çox psixoloji məsələdir. Belə hallar zaman-zaman oxşar hadisələrdə də müşahidə olunub. Hesab edirəm ki, qeyd etdiyim sırf psixoloji məqamlarla əlaqədar son iki-üç ay ərzində fərdi yaşayış evlərinə maraq artacaq. Bu da eyni zamanda fərdi yaşayış evlərinin qiymətinə təsir edə bilər. Yəqin ki, təsir edəcək də”.

Yenitikililərdə mövcud qiymətlərin ucuzlaşmasına gəlincə, ekspert bunun mümkünsüzlüyünü vurğulayıb:

“Amma çoxmənzilli binalarda evlərin ucuzlaşması məsələsinə gəlincə, düşünmürəm ki, bu məqam qiymətlərin düşməsinə təsirini göstərsin. Həm də ona görə ki, bu gün yenitikililərdə qiymətlər tələb və təklifdən asılı deyil, daha çox ayrı-ayrı sahibkarların şəxsi istəklərinə uyğun olaraq dəyişir. Yəni sahibkar istəməsə, o qiymət azalmayacaq. Ola bilər, bir binada bir il ərzində heç bir dənə də olsun mənzil satılmasın, amma yenə də qiymət düşməyəcək. Çünki bu, Azərbaycan üçün xarakterik olan bir məsələdir”.

Cəvahir

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv