!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələ təşvişi, aqorafobiya, hündürmərtəbəli bina evləri: “Bu problemləri tam aradan qaldırmaq...” – AÇIQLAMA/ARAŞDIRMA

!Reklam – Yazi

Son günlərdə Türkiyədə baş vermiş zəlzələ səbəbilə ölkəmizdə insanlar panikaya düşür, təşviş hissinə qapılır. Özəlliklə, yüksək mərtəbəli bina evində qalan şəxslər şiddətli narahatlıq keçirir, indidən özlərinə zəlzələ çantası hazırlamağa başlayır.

Məşhur amerikan professorlar Piter Ham, Devid Voters və Norman Oliver bildirib ki, aqorafobiya (Aqorafobiya panikaya səbəb ola biləcək yerlərdən və ya vəziyyətlərdən qorxmaq, onlardan qaçmaq və tələyə düşmüş kimi hissetmək– red) səbəbilə meydana gələn panika pozuntuları adətən ilkin tibbi yardım müəssisələrində olan xəstələrdə baş verir.

Videomateriallarda da gördüyümüz kimi, bəzi zəlzələ qurbanları xəstəxanada ayıldıqda şokun təsirindən kriz keçirməyə başlayır.

Bəs, təbii fəlakətin yaranma ehtimalından belə qorxan, vəsvəsəyə qapılan insanlarda ən çox “panick attack” (Panik atak: ani və güclü narahatlıq hissi. Krizlər baş verdiyi zaman fiziki simptomlar da ola bilər, o cümlədən: titrəmə. disorientasiya hissi. ürəkbulanma və s. – red), yoxsa “anxiety disorder” (Narahatlıq atakları istənilən hadisə səbəbilə baş verə bilər. Məsələn, qatarın vaxtında gəlməməsi kimi gündəlik proseslər belə “anxiety” simptomlarını tətikləyə bilər – red) müşahidə olunur?

Ümumiyyətlə, biz dəqiq diaqnozu müəyyənləşdirmək üçün bu iki xəstəlik arasındakı fərqləri anlamalıyıq. Panik ataklar kriz şəklində gəlir və bütün gün davam etmir, “anxiety attack”lar isə saatlarla, günlərlə davam edə bilər. Araşdırmalara görə, zəlzələnin baş verməsi ehtimalından qorxan insanların problemi “anxiety attack”dır.

İnsanlarda yaranan bütün bu xoşagəlməz simptomların, düşüncələrin, xof hissinin aradan qaldırılması üçün hansı addımlar atıla bilər?

Yenicag.az-a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, təşviş problemlərini tam aradan qaldırmaq mümkün deyil:

“Bu məsələ artıq kütləvi haldır. Zəlzələ davam etdikcə insanlardakı emosional davranışların qarşısını almaq olmur. Amma təbii fəlakətlərin yaratdığı travmalar normaldır, hər kəsdə müşahidə edilə bilər. Xüsusilə psixo-həssas, təşviş və kompulsiv pozuntulara meyilli insanlarda bu hallar daha qabarıq şəkildə baş verir. Bu da həmin şəxslərin gündəlik həyat tərzinə təsir edir. Biz emosional davrandıqca vəziyyəti daha da çətinləşdiririk. Hətta belə davranmağımız ailəmizə, yaxınlarımıza və övladlarımıza da zərər verə bilər. Buna görə də zəlzələyə aid videomateriallara baxmamalıyıq, bu mövzu üzrə televizayada yayımlanan reportajları izləməməliyik və daha diqqətli olmalıyıq. Bunlara əməl etməsək, bütün günü sosial şəbəkələrdə yayımlanan zəlzələ xəbərləri ilə emosionallığa qapılsaq, bir müddət sonra psixoterapevtə və yaxud nevropotoloqa müraciət etməli olacağıq”.

F. Mehmanqızı həmçinin vurğulayıb ki, valideynlər də bu məsələ ilə bağlı müxtəlif addımlar atmalıdır:

“Əvvəla, valideynlər uşaqlarının yanında zəlzələ ilə bağlı xəbərləri oxumamalıdır və izləməməlidir. Bundan əlavə, övladlarımıza yalnız onların yaşına uyğun məlumat verməliyik. Televiziya xəbərlərini izlətmək yerinə, ona təbii fəlakətin nə olduğunu düzgün şəkildə başa salmalıyıq”.

Şahanə Paşa

 

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv