!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələ zamanı itkin düşən azərbaycanlı tələbənin dayısı Türkiyəyə getdi - VİDEO

!Reklam – Yazi

Malatyada itkin düşən azərbaycanlı tələbələrdən biri – Şahin Vəliyevin dayısı Türkiyəyə hadisə yerinə gedib.

Yenicag.az xəbər verir ki, Şahin Vəliyevin dayısı Azər Hüseynov bildirib ki, ümidlə bacısı oğlunun sağ-salamat çıxacağını gözləyir:

“Bir neçə gündü buradayam, axtarış işləri bu binada çox çətindir. Gələn günü maraqlandım, dedilər ki, bu binadan ilk günlər bir neçə nəfər sağ çıxıb. Mən də ümidlə ürəkparamı gözləyirəm”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Qəhrəmanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Qəhrəmanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.
Dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb./Baku TV/

Ətraflı videonu təqdim edirik:

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv