!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələdə bir atanın yaşadığı DƏHŞƏT - 4 oğlunu İTİRDİ

!Reklam – Yazi

Qəhrəmanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Adıyamanda yaşayan Ramazan Çekici təbii fəlakətdə 5 övladından 4-nü itirib.

Yenicag.az xəbər verir ki, Çekici yaşadıqlarından yerli KİV-ə danışıb.

“Zəlzələdə evimiz dağıldı. mən və ailəm dağıntılar altında qaldıq. Məni dağıntılar altından çıxaranda huşumu itirmişdim. Uşaqlarım və həyat yoldaşım dağıntılar altında qaldı. Yaralı olduğum məni xəstəxanaya apardılar, uşaqlarımın necə öldüyünü görmədim, özümdə deyildim”.

Zəlzələdə Enes (22), Mustafa (18), Muhammet Emin (14) və Veysəl (12) adlı 4 övladını itirən ata “Bir ata üçün 4 uşağını dəfn etmək asan deyil.Onlar da Türkiyə övladlarıdır. Qonşular əllərindən gələni etdilər amma uşaqlarımı xilas edə bilmədilər Bu, Allahın yazısıdır”, – deyə ifadə edib.

Qeyd edək ki, Ramazan Çekicinin 1 övladı və həyat yoldaşı dağıntılar altından sağ çıxarılıb.

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv