!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələdə komandanın bütün üzvləri faciəli şəkildə həlak oldu

!Reklam – Yazi

Türkiyə Voleybol Federasiyası (TVF) Şimali Kipr Türk Cümhuriyyətinin ( KKTC ) voleybol komandasından 16 nəfərin Adıyamanda “əsrin fəlakəti” zamanı çökən otelin dağıntıları altında həyatını itirdiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, federasiyadan edilən şərhdə, “Türkiyədə baş verən zəlzələ fəlakətində Adıyamandakı otelin dağıntıları altında tapılan Şimali Kipr voleybol komandasından 16 nəfərin həyatını itirdiyini dərin hüznlə öyrəndik. Həyatını itirən bütün idmançılarımıza və vətəndaşlarımıza Allah rəhmət eləsin, ailələrinə və millətimizə başsağlığı veririk”, – bildirilib.

Məlumata görə, şəhərdə keçirilən orta ixtisaslararası idman yarışları üçün ŞKTC-dən olan oğlan və qızlardan ibarət komandalarda 24 idmançı, 5 müəllim və 6 valideyn olmaqla ümumilikdə 35 nəfərin iştirak etdiyi açıqlanıb.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv