!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələdən sonra çoxmərtəbəli binalarda satışa çıxarılan mənzillərin sayı artdı - VİDEO

!Reklam – Yazi

Zəlzələyə görə torpaq sahələri və fərdi yaşayış evlərinin qiyməti bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, bir neçə gün öncə Xəzər dənizində qeydə alınmış 5.5 maqnitudalı zəlzələnin bəzi ərazilərdə də hiss olunması insanları təşvişə salıb.

Rieltor Mülkədar Rüstəmov deyir ki, bu hal son bir həftə ərzində qiymətlərə ciddi təsir edib.

Rieltorun sözlərinə görə, çoxmərtəbəli binalarda yaşayan sakinlər, xüsusən də yüksək mərtəbələrdə yaşayanlar isə mənzillərini artıq satışa çıxarıblar. Buna səbəb yeraltı təkanları həmin mənzillərdə daha çox hiss olunmasıdır. Eləcə də təkanların daha çox hiss olunduğu müəyyən ərazilərdə daha çox mənzil satışa çıxarılıb.

Mülkədar Rüstəmov qeyd edib ki, paytaxtın bəzi yerlərində yerləşən torpaq sahələri və ya fərdi yaşayış evləri müştərilərə daha çox maraqlıdır.

Rieltor onu da deyib ki, zəlzələ zamanı insanların yaşayış binalarının qarşısına toplaşması təhlükəsizlik baxımından doğru deyil. Hətta bəzi binaların toplanış məntəqəsi olmadığından sakinlər yaxınlarının fərdi yaşayış evlərinə üz tuturdular. Bu isə daşınmaz əmlakın bu növünə olan tələbatın artdığını bir daha göstərir.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv