!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələnin gətirdiyi AJİOTAJ: ”Köhnə və yeni tikililərdə təhlükəsizlik məsələsi...” – Ekspert RƏYİ

!Reklam – Yazi

Xəzər dənizində baş verən 5,7 ballıq zəlzələ köhnə və yeni tikililən binalarda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında insanlar arasında yaşanan ajiotajın müvəqqəti xarakter daşıdığını bildirib:

“Baş verən zəlzələdən sonra binalarda hər hansı dağıntı və tələfatın olması barədə məlumat yoxdur. Rəsmi qurumlar da bu barədə məlumat yayıb. Zəlzələ dağıdıcı təsirə malik deyildi. Amma hər halda, hesab edirəm ki, istər köhnə binalar, istərsə də yeni tikililər zəlzələyə davam gətirə bildi. 2000-ci ilin zəlzələsi də bunu göstərdi. Nöqsanlar olan binalar da var, hansı ki, onlara indiyə qədər çıxarış verilməyib və dövlət qeydiyyatına alınmayıb. Qaldı ki, əhalinin vahimə içərisində mənzillərini tərk etməsinə, insanların qorxu hissi də anlaşılandır. Təhlükəsizlik tədbirləri görülməlidir. Çünki zəlzələnin nə vaxta qədər davam edəcəyini heç kəs proqnozlaşdıra bilmir. Buna görə də təhlükəsizlik tədbiri kimi insanların evlərini tərk etməsi normal haldır”.

Ekspert zəlzələdən sonra insanların həyət evlərinə maraq göstərməsi ilə bağlı qiymətlərinin bahalaşması barədə yayılan söz-söhbətə də ayıdnlıq gətirib:

“Baş verən bu zəlzələnin mənzil bazarında qiymət artımına təsir göstərməyəcəyini düşünürəm. Düzdür, bağ və həyət evlərinin bahalaşması ilə bağlı şayiələr dolaşmaqdadır. Hesab edirəm ki, bu ajiotaj müvəqqəti xarakter daşıyır və tez bir vaxtda unudulub gedəcək”.

Cəvahir

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv