!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələnin ölkələrarası münasibətə TƏSİRİ: "Türkiyə-Ermənistan əlaqələrinin normallaşması Azərbaycandan keçir" - RƏY

!Reklam – Yazi

“İsrailin qardaş Türkiyə ilə münasibətlərinin normallaşması ümumi maraqlarımıza xidmət etməkdədir”.

Bunu Türkiyədə zəlzələlər nəticəsində baş verən faciədən sonra humanitar yardım edən ölkələr arasında Ermənistan, Yunanıstan və İsrailin xüsusilə diqqət çəkməsini şərh edən AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, politoloq Kamran Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Türkiyədə zəlzələ nəticəsində yaranan əməkdaşlıqlar siyasi müstəvidə də normallaşmaya təkan verəcək:

“Təbii fəlakətlər zamanı ölkələrin bir-birilərinə bu formada yardımlar göstərməsi humanitar bir addım sayılır. Bu səbəbdən adı çəkilən ölkələr də ümumi olaraq Türkiyənin çağırışına qoşularaq beynəlxalq aləmdə öz humanistliyini göstərməkdədirlər. Əlbəttə, bu cür addımlar ölkələrarası ikitərəfli münasibətlərin daha da normallaşmasına xidmət edir. Ancaq hesab edirəm ki, bu münasibətlərin tamamilə yaxşılaşdırılması üçün müəyyən addımlar atılmalıdır. Çünki Türkiyə bölgədə önəmli yerdə durur və bir çox məsələlərdə əlaqələrin normallaşması bəzən üçüncü dövlətlərdən də asılı olur.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması isə Azərbaycandan keçir. Bu məsələdə Azərbaycan kilid rol oynayır. Ermənistan-Türkiyə əlaqələrinin normala düşməsi üçün, ilk növbədə, Ermənistanla-Azərbaycanın əlaqələri normallaşmalıdır. Bu isə Ermənistan hakimiyyətinin bizim ərazi bütövlüyümüzü tanıyaraq sülh müqaviləsini imzalamasından keçir. Türkiyə hökuməti də Ermənistana bunun mesajını verməkdədir.

Türkiyənin İsrail və Yunanıstan ilə əlaqələrinin normallaşmasını son zamanlar bölgədə ortaq maraqların və stabitliyin qorunması üçün önəmli hesab edirəm.

Bildiyiniz kimi, İsrail eyni zamanda Azərbaycan üçün müttəfiq ölkələrdən sayılır. İkinci Qarabağ savaşında və hazırda davam edən diplomatik savaşda Azərbaycanın yanında olan ölkələrdəndir. İsrailin bizim üçün qardaş olan Türkiyə ilə münasibətlərinin normallaşması ümümi maraqlarımıza xidmət etməkdədir.

Çünki bölgədə ermənipərəst mövqeyi ilə seçilən İran Zəngəzur dəhlizi məsələsində Azərbaycana, Suriya məsələsində Türkiyəyə, ümumən isə İsrailə qarşı mövqe sərgiləməkdədir. Bu səbəbdən ortaq maraqları nəzərə alaraq əməkdaşlıq hər üç ölkənin xeyrinə olan amillərdəndir”.

Gülşən Şərif

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv