!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələnin “zəiflətdiyi” Türkiyə və Qərbin TƏZYİQ FÜRSƏTİ: “Bu iddiaların məhz indi ortaya atılması...” – ŞƏRH

!Reklam – Yazi

“Şərqdən qərbə, Asiyadan Avropaya ən müxtəlif ölkələrdə bu gün də Türkiyə üçün hər bir fədakarlığa hazır olan çevrələr mövcuddur”.

Bu fikirləri Qərb koalisiyasının Türkiyədə baş vermiş dəhşətli zəlzələnin yaratdığı vəziyyəti Ankaraya təzyiqləri artırmaq üçün uyğun şəraiti yetişdirdiyinə dair iddialara münasibət bildirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Türkiyə öz tarixinin ən ağır dönəmlərində belə xarici təzyiqlərə boyun əyməyib:

“Təbii ki, istənilən məsələ ilə bağlı ehtimalların və iddiaların səsləndirilməsi normaldır. Ancaq bu versiyaların ciddiyə alınması üçün onların məntiqə əsaslanması lazımdır. Belə olmadıqda, həmin ehtimallar söz yığınından başqa bir şeyə çevrilmir.

Bəli, Türkiyədə tarixin ən güclü, dağıdıcı zəlzələlərindən biri baş verib və dövlət hazırda onun nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Aydın məsələdir ki, miqyaslı təbii fəlakətlər istənilən ölkə üçün əlavə problemlər yaradır və Türkiyə də istisna deyil. Ancaq bu qətiyyən o demək deyil ki, Türkiyə indi hər hansı xarici təzyiqlər qarşısında geri çəkiləcək qədər zəifləyib.

Tarixə nəzər salsaq, Türkiyənin öz mövcudluğunun ən ağır dönəmlərində belə xarici təzyiqlərə boyun əymədiyini görə bilərik. İndi isə Türkiyənin inanılmaz dərəcədə gücləndiyi, iqtisadi potensialını xeyli artırdığı və dünya siyasətində sanballı siyasi çəkiyə malik olkə halına gəldiyi bir vaxtda xarici təzyiqlər qarşısında geri çəkiləcəyini düşünmək yersizdir.

Unutmayaq ki, Türkiyə tarixin ən böyük və qüdrətli imperiyalarından birinin varisidir. Şərqdən qərbə, Asiyadan Avropaya ən müxtəlif ölkələrdə bu gün də Türkiyə üçün hər bir fədakarlığa hazır olan çevrələr mövcuddur. Belə bir durumda Türkiyəyə təzyiq yolu ilə nəyisə qəbul etdirmək mümkündürmü?

Digər tərəfdən, Türkiyənin sıradan çıxarılması regionda siyasi tarazlığı bir anda məhv edə bilər. Bu isə Qərbin planlarına əsla uyğun deyil. Ona görə də onlar ciddi və vacib müttəfiq kimi gördükləri Türkiyə ilə işləməyin zəruriliyini birmənalı qəbul edirlər”.

A.Zeynalov

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv