!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zemfiradan haqsızlığa ETİRAZ: “Allah orada mənim cəzamı versin, amma...”

!Reklam – Yazi

“Qarşı tərəfdən onu görməyəndə, qırılıram və yavaş-yavaş soyuyuram”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zemfira İbrahimova qatıldığı televiziya verilişində deyib.

Əsasən, dostlarından zərbə alan müğənni onlara daha heç vaxt şans vermədiyini, bütün körpüləri yandırdığını etiraf edib:

“Ümumiyyətlə, bağışlamıram. Təbii ki, Allah bağışlayandır, biz niyə bağışlamayaq? Mən isə deyirəm, dünyadan köçəndə, Allah orada mənim cəzamı versin, amma mən bağışlamıram. Qəlb qırılanda, o qəlb istər-istəməz bərpa olunmur. Bəlkə də iki-üç dəfə ola bilər, bir yaxşılığa, başqa səbəbə görə keçərəm, amma kökündən qəlbim qırıldısa, heç bir şəkildə bağışlamıram. Əsasən də dost tərəfindən yanılmışam, dost tərəfindən qəlbim sınıb. Ona görə də bağışlaya bilmirəm.

Çünki mən dostluqda başqa cür olmuşam. Qarşı tərəfdən onu görməyəndə, qırılıram və yavaş-yavaş soyuyuram. O adam yavaş-yavaş mənim üçün bitir, əriyib gedir. Son vaxtlar çevrəm də bilir ki, işim olmasa, evdən bayıra çıxmıram, heç kimlə də ünsiyyət saxlamıram”.

Nehru

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv