!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Zəncanda iki azərbaycanlı gənc hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

!Reklam – Yazi

Zəncan şəhərində iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb.

Yenicag.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalının verdiyi məlumata görə, onlar hökumət qüvvələrinin açdığı atəş nəticəsində hadisə yerindəcə ölüblər.

Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı güllələnərək öldürülüblər.

Xatırladaq ki, son günlər baş verən etiraz aksiyaları zamanı çox sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiqini tapıb.

İnsan hüquqları təşkilatları ağır yaralıların çox olduğu üçün ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirirlər.

www.yenicag.az

116
Ads
www.veteninfo.com
!Reklam – Arxiv