!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zəngəzur dəhlizi dərhal açılmalıdır” – Ərdoğan

!Reklam – Yazi

“Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.

Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsini bildirən Prezident Ərdoğan enerji və nəqliyyat sahələrində birgə əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğunu söyləyib.

Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Ərdoğan bu yollardan daha səmərəli istifadənin vacibliyini əlavə edib./Report/

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv