!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizi və “Kalininqrad variantı”: “Bu, yetərincə optimal variant hesab olunsa da...”

!Reklam – Yazi

“30 il aparılan məlum danışıqlar nə ilə nəticələnibsə, Zəngəzur dəhlizi ətrafındakı gedən danışıqlar da onunla nəticələnəcək”.

Bu sözləri Zəngəzur dəhlizi ətrafında müzakirələri şərh edən Böyük Azərbaycan Partiyasının ( BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, dövlətlərin hamısı öz maraqlarına uyğun mövqe tutur, Azərbaycan hökuməti də bu məsələdə bizim təklif etdiyimiz modeli irəli sürüb:

“Yüklər hə hansı yoxlama olmadan Azərbaycandan Naxçıvana, Naxçıvandan Azərbaycana daşınmalıdır. Azərbaycanda bir qism təkid edirdi ki, öhdəlik götürdüyümüz üçün Zəngəzur dəhlizinə Rusiya nəzarət etsin.

İran da bu məsələdə bəlli mövqeyindən geri durmayıb və ərazidə yeni kommunikasiya xəttinin çəkilməsinin əleyhinədir. Rusiya deyir, çəkilsin, ancaq mənim nəzarətim olsun.

Yəni kommunikasiya xətləri onun nəzarəti altında olmasa, Rusiya da bu layihənin həyata keçirilməsini istəmir. Lakin indi haqqında danışılan “Kalininqrad variantı” yeni yanaşmadır.

Bu yetərincə optimal təklif hesab oluna bilər. Ancaq fikrimcə, məlum danışıqlar 30 il ərazində nə ilə nəticələnibsə, bu yöndəki danışıqlar da onunla nəticələnəcək”.

Səxavət Məmməd

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv