!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinə alternativ yol?: İranla Azərbaycan buna görə razılaşdı - ŞƏRH

!Reklam – Yazi

“İran görəndəki böyük layihələrdən geri qalacaq, yanlış siyasətindən vaz keçərək Azərbaycanla müqavilə bağladı”.

Bunu Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, İranla əldə edilən razılaşma Zəngəzur dəhlizinə alternativ deyil:

“İran ərazisindən keçəcək qatar və şose yolu zəruridir. Bu yol Azərbaycana da, Türkiyəyə də, Naxçıvana da xeyirdir. Ancaq Mehri yolu çəkiləcək. O sovet vaxtında tikilmiş işlək yol olub. Zəngəzur yolunun açılmasında Rusiya da maraqlıdır. Rusiya həmin yol vasitəsi ilə Yaxın Şərqə, İrana, Türkiyəyə çıxacaq. O yolu açmışıq ki, erməni tərəfi möhtəkirlik etməsin. Paşinyanın müavini Qriqoryan elan etdi ki, Ermənistan Zəngəzurdan keçəcək yolu çəkməyə hazırdır. O istiqamətdə də işləyirlər.

İlham Əliyev də bildirdi ki, 2022-ci ildə dəmir yolunu Mincivana çatdıracağıq. Dəmir yolundan sonra şose yolunun çəkilməsi də lazım bilinəcək. Sovet vaxtında şose yolu da mövcud idi. İstəyirik ki, əvvəlki dəhlizlər, nəqliyyat yollarının hamısı açılsın.

Əminəm ki, Qazaxdan, Ağstafadan Dilicana, Dilicandan İrəvana gedən yol da bərpa olunacaq. Az maliyyə ilə o yolu da bərpa etmək olar. Nə qədər çox yol açılsa, o qədər yaxşıdır.

Türkiyə ilə Ermənistan arasındakı danışıqlar çox uğurla gedir. Qərb də, Rusiya da buna müsbət yanaşır. Ermənistanla Türkiyə münasibətləri yaxın zamanda tamamilə səhmana salınacaq. Ondan sonra Azərbaycanla Ermənistan arasında münasibət normallaşmağa başlayacaq. Bu şəraitdə həmin yolların açılması müsbət haddisəsdir”.

İran ərazisindən keçəcək yolla bağlı razılığın əldə edilməsinə gəldikdə isə politoloq bunları deyib:

“İranla Azərbaycan arasında belə bir layihənin imzalanması çox müsbət haldır. Bu dostluğun, qarşılıqlı mənfəətin, əməkdaşlığın əhəmiyyətini artıracaq. Əslində bu yol çoxdan çəkilməli idi. Görünür İran tərəfi buna o qədər əhəmiyyət vermirdi. Məsələ ondadır ki, şimal-cənub dəmir yolunun çəkilməsi üçün Azərbaycan hətta İrana maliyyə borcu da ayırmışdı. İran o yolu çəkməkdə ləngiyirdi. İranın fikri o idi ki, Azərbaycan müəyyən bir təcriddən çıxmasın. İran tərəfi indi anladı ki, yollar tikiləcək, açılacaq. Dəmiryol açılandan sonra əmtəə, kontiner axınları İrandan vaz keçib, Orta Asiyadan gələrək, Xəzərdən Ermənistana, ordan Avropaya gedəcək və beləliklə, İran kənarda qalacaq. İran başa düşdü ki, indiyənə qədər yürütdüyü siyasət yanlış idi. Əsas odur ki, prinsipial razılıq əldə edilib, iş başlayacaq. Şimal-cənb yolu çox mühüm yoldur”.

Səxavət Məmməd

www.yenicag.az

830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv