!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinə əngəl törədənlər: "Koridorun açılması iki variantda baş tuta bilər..."

!Reklam – Yazi

“Zəngəzur dəhlizi ilə bağlı ən qəliz məqam Ermənistan ərazisindən keçən hissəyə kimin və ya kimlərin nəzarət edəcəyidir”.

Bu fikirləri Zəngəzur dəhlizi ətrafında baş verən proseslərin səbəblərini şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

 

Tural Əliyev bildirib ki, Rusiyanın Ukraynada düşdüyü vəziyyətdən maksimum yararlanmağa çalışan qüvvələr strateji nəqliyyat xətlərindən daha çox pay almaq istəyirlər:

“İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması aktuallaşdı. Bu dəhlizi işlək vəziyyətə gətirmək üçün bütövlükdə Qarabağ, xüsusilə də Araz çayı boyunca Ermənistanın işğalına son qoyuldu, çünki relyef və coğrafi baxımından ən uyğun yol oradan keçir. Ermənistan üçtərəfli bəyanata imza ataraq dəhlizə razılıq vermişdi, sonradan, əsasən, Fransa və İranın basqısı altında Ermənistan sabotaj etməyə başladı. ABŞ isə bir müddət kənardan müşahidə apardı, proseslərə birbaşa müdaxiləyə tələsmədi.

Üçtərəfli görüşlər iki formatda – Rusiya və Avropa İttifaqının moderatorluğu ilə keçirilirdi. Vaşinqton təşəbbüsü və imkanı əldən verməmək üçün – nəzərə alsaq ki, ABŞ-nin regionda maraqları, Cənubi Qafqazda maraqların təmin olunması Mərkəzi Asiya və Orta Şərqə birbaşa xətt açılır – təbii ki, SSRİ dağıldıqdan sonra ABŞ postsovet ölkələrlə strateji əlaqələr qurmaq üçün Rusiya ilə mübarizə aparmaqdadır.

Qısaca olsa da, toxunduq ki, Zəngəzur dəhlizinin açılması geosiyasi və geoiqtisadi müstəvidə tərəflərin niyyətlərinin nədən ibarət olduğunu qortaya qoyur. Bu layihənin həyata keçmlirilməsinə nələr mane olur? 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə Rusiya Federal Təhlükəsizlik Xidməti birbaşa nəzarət funksiyasını öz üzərinə götürməli idi. Avropa İttifaqı və ABŞ açıq şəkildə deməsə də, Rusiyanın təkbaşına işi qurmasına qarşı çıxdı. Ermənistan hakimiyyəti vasitəsilə eyham vururdular ki, eksterritoriallığa razılıq verilmir. Bu, əslində, o qüvvələrin Rusiyaya ötürdüyü mesajlardır. İran öz marşrut xətlərini təklif edir, düşünür ki, Zəngəzur dəhlizi açılacağı halda, oyundan kənar vəziyyətə düşə bilər, alternativ logistik yollar zədələnə və ya yenilərinin qarşısı alıma bilər. Fransa isə Ermənistan-Azərbaycan şərti sərhədində Avropa İttifaqı Müşahidə missiyası mandatı qismində dəhliz haradan keçəcəksə, düz orada bərqərar tutub. Əgər Fransaya sülh lazımdırsa, Ermənistan- Azərbaycan arasında normallaşmada maraqlıdırsa, niyə sərhəd boyu deyil, ancaq dəhlizin sərhədinə yaxın yeri müşahidə altında saxlayır?!

Hazırda gedən mübarizəni qısaca olaraq belə xarakterizə etmək olar, mübahisə predmeti tək Zəngəzur dəhlizinin açılması deyil, işin ən qəliz məqamı prosesin Ermənistan ərazisindən keçən hissəyə kimin və ya kimlərin nəzarəti ilə işə düşəcəyi uğrunda mübarizə gedir. Rusiyanın Ukraynada düşdüyü vəziyyətdən maksimum yararlanmağa çalışan qüvvələr strateji nəqliyyat xətlərindən daha çox pay almaq istəyirlər. Rusiya və İran Şərqdən Qərbə gedən əsas tranzit ölkələri olub, hazırda hər ikisi sanksiya altına düşdüyü üçün Zəngəzur dəhlizinin strateji önəmi artır. Çin Orta dəhlizin şaxələndirilməsinin tərəfdarıdır, bu səbəbdən Çinin maraqları Azərbaycanla və bu dəhlizdə maraqlı olanlarla uyğun gəlir.
Sonda bildirmək istərdim ki, Zəngəzur dəhlizi açılacaq. Bu, iki variantda baş tuta bilər:

1. Rusiya dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə birbaşa nəzarəti əlinə götürəcək. Türkiyənin maraqlarını nəzərə almaqla;

2. Beynəlxalq nəzarət sistemi qurulacaq: Ukraynada gedən müharibənin nəticəsindən asılı olaraq ABŞ-Rusiya və ya ABŞ- Rusiya- Türkiyə birgə.

Hər iki versiyada Rusiya məcburdur, iştirakını təmin etsin, çünki embarqo şəraitində uzun müddət davam gətirə bilməz”.

Səxavət Məmməd

www.yenicag.az

968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv