!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Zəngəzur dəhlizinə Ermənistan nəzarət etməyəcək" - Erməni politoloq

!Reklam – Yazi

“Zəngəzur dəhlizi Ermənistanın nəzarəti altında olmayacaq, ruslara veriləcək”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu oktyabrın 30-da jurnalistlərlə söhbətində politoloq Aqasi Yenokyan deyib.

O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması perspektivindən danışıb:

“Bu, İrəvanla Bakı arasında olacaq və özlüyündə absurddur. Çünki Ermənistan və Azərbaycan bir-birinə müharibə elan etməyiblər ki, onun dayandırılması ilə bağlı sülh müqaviləsi imzalasınlar. Ancaq iki vacib sual var. Birincisi, Nikol Paşinyan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinə əsasən, anklavlar Azərbaycana verilməlidir. Əgər onlar Azərbaycana verilsə, o zaman orada hərbi bazalar olacaqş. Bu da özlüyündə əbədi müharibə deməkdir.

Eyni şey Meğri dəhlizinə də aiddir. Paşinyan nə qədər suverenlikdən danışsa da, Ermənistanın nəzarəti altında olmayacaq. Dəhliz rus sərhədçilərinin yerləşdiyi yerdə olacaq. Ona görə də onların nəzarəti altında olacaq. Bu dəhlizdən tankların, raketlərin Türkiyədən Azərbaycana necə keçəcəyinin şahidi olacağıq və heç nə edə bilməyəcəyik”.

Xuraman Etibarlı

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv