!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinə NƏZARƏT: “Bu işi Ermənistan, yaxud da Rusiya yox, məhz…”

!Reklam – Yazi

“Azərbaycandakı müəyyən kəsim Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməli olduğu fikrini gündəmə gətirir”.

Bu fikirləri Azərbaycan-Ermənistan nizamlama prosesinin gedişatı və Moskva ilə İrəvan arasında gərginliyin artması fonunda hadisələrin mümkün inkişafını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri bildirib ki, yaranmış mövcud şəraitdə Rusiyanın Ermənistanı cəzalandırmaq niyyəti yoxdur:

“Aydın görünür ki, Paşinyan davamlı manevrlərlə məşğul olsa da, birbaşa Qərbə yönəlik siyasət həyata keçirmək istəyir. O bu çərçivədə Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməsini dilə gətirir. Bununla bağlı Ermənistanda xüsusi qurum da yaradılıb.

İndiki reallıqda Qərblə Rusiya arasında mübarizə daha da şiddətlənib. Paşinyan da özbaşına olaraq hər hansı fikir səsləndirmir, bu zaman Fransa və digər ölkələrə arxalanır. Qərb Rusiyanın Cənubi Qafqazda qalmasını istəmir. Lakin Azərbaycandakı müəyyən kəsim Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməli olduğu fikrini gündəmə gətirir.

O kəsimə aid olanlar deyirlər ki, Rusiya Azərbaycanın əli ilə Ermənistanı cəzalandıracaq. Ancaq göründüyü qədər, yaranmış mövcud şəraitdə Rusiyanın Ermənistanı cəzalandırmaq yox, ram etmək, Ermənistan hakimiyyətini dəyişmək, yaxud Paşinyanı özünə işlətmək niyyəti var. Ona görə də, ifadələrimizdə ehtiyatlı olmalıyıq. Zəngəzur dəhlizinə Ermənistan, ya Rusiya deyil, məhz Azərbaycan nəzarət etməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv