!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin açılmasının iqtisadiyyata mümkün təsirləri: "Azərbaycanla yanaşı bölgədəki digər dövlətlər üçün də..."

!Reklam – Yazi

“Qarşıdakı dövrdə Azərbaycanın ciddi iqtisadi və siyasi uğurları məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı ola bilər”.

Bu sözləri Zəngəzur dəhlizinin açılmasının region ölkələrinin iqtisadiyyatına mümkün təsirlərini dəyərləndirən iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı bölgədəki digər dövlətlər üçün də böyük əhəmiyyətə malikdir:

“Əgər bu dəhliz açılarsa, regiondakı iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoyacaq. Belə ki, yeni nəqliyyat və ticarət marşrutları meydana çıxacaq. Bundan başqa, qarşıdakı dövrdə Azərbaycanın ciddi iqtisadi və siyasi uğurları məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı ola bilər. Zəngəzur dəhlizinin açılması Azərbaycan-Türkiyə münasibətləri və eyni zamanda Ermənistan üçün əhəmiyyətə malikdir. Çünki dəhlizin açılması uzun illərdir iqtisadi layihələrdən kənarda qalan Ermənistanın bu vəziyyətinə son qoya bilər. Baxmayaraq ki, bu gün Ermənistan dəhlizin açılmasına qarşı çıxır.

Məlumdur ki, ölkəmizə yükdaşımalar daha çox Orta Asiya ölkələri və Rusiyadan Xəzər dənizi vasitəsilə daşınır. Zəngəzur dəhlizinin açılması bu istiqamətdə iqtisadi mnasibətləri daha da gücləndirə bilər. Dəhlizin açılmasının görünməyən müsbət təsirlərindən biri də odur ki, Naxçıvanla quru yolla gediş-gəliş problemi aradan qaldırıla bilər. Əgər bu layihə reallaşarsa, bölgədə münaqişə halları aradan qalxacaq. Zəngəzur dəhlizinin açılmamasını yalnız regionda sabitliyin və sülhün olmasını istəməyən qüvvələrdir”.

Gülşən Şərif

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv