!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin birləşdirəcəyi TÜRK XƏTTİ: “Sibirdən Balkanlara qədər uzanan...” – Fəzail İbrahimli

!Reklam – Yazi

“Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonra bizim bu uğurumuza sevinənlərlə yanaşı, nifrət edənlər də oldu”.

Bu fikirləri Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsi fonunda türk dünyasının qazandığı böyük uğurdan və xarici qüvvələrin qələbəmizə reaksiyasından danışan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Yenicag.az-a açıqlamasında deyib.Vitse-spiker bildirib ki, Sibirdən Balkanlara qədər uzanan türk xətti Zəngəzur dəhlizinin açılması ilə bərpa olunacaq:

“Dünyada sülhün və sabitliyin bərqərar olmasında türklərin böyük payı olub. Lakin I Dünya müharibəsi zamanı Osmanlı dövləti çətin proseslərdən keçməli oldu. Bu səbəbdən Azərbaycan ağır vəziyyətə düşsə də, öz gücünə ayağa qalxa bildi.

Azərbaycan xalqı güclü iradəyə sahibdir. Bu millətə zülm etmək olar, ancaq əzmək qeyri-mümkündür. 70 il sovetlərin tərkibində zülmlər çəkdik. Ancaq Heydər Əliyev millətimizi və dövlətimizi yüksəklərə qaldırdı, Azərbaycanı çətin vəziyyətdən çıxardı.

Tarixə nəzərə salsaq, Sibirdən Orta Asiyaya, Balkanlara qədər uzanan türk xətti var. O xətt vaxtilə qırıq-qırıq edilmişdi. Zəngəzur isə həmin xəttin birləşdirilməsi üçün yaranan şansdır. İnanırıq ki, yaxın gələcəkdə həmin türk xətti Zəngəzur dəhlizinin açılması ilə bərpa olunacaq.

Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonra bizim bu uğurumuza sevinənlərlə yanaşı, nifrət edənlər də oldu. Təbii ki sevinənlər türk qardaşlarımız və ümumilikdə türk dünyası, sevinməyənlər isə antiAzərbaycan siyasəti yeridən, regionda bəd maraqları olan bəzi Avropa ölkələri idi.

Xankəndidə 24 saatlıq antiterror əməliyyatları ilə erməni separatizminə son qoyuldu. Əlbəttə, həmin qüvvələr bu nəticəyə səssiz qala bilmədilər, bizə qarşı bəyanatlar səsləndirməyə, hətta qərarlar qəbul etməyə başladılar. Lakin biz onların boz üzünü çox yaxşı tanıyırıq. Azərbaycan haqq yolundadır, hər zaman da haqqı olanı müdafiə etməyə hazırdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv