!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin ƏHƏMİYYƏTİ: "Bu, Ermənistanın deyil, İranın da sonunu gətirəcək" - RƏY

!Reklam – Yazi

“Zəngəzurda toqquşma olacaqsa, bu, Ermənistanın deyil, İranın da sonunu gətirəcək”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın sülh müqaviləsi barədə danışmasından sonra şərti sərhəd istiqamətində mövqe döyüşlərinin olmasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Ermənistan bir dövlət kimi sıradan çıxacaq:

“Ermənistanla Azərbaycan arasında gərginlik davam edir və edəcək. Burada əsas məsələ Zəngəzur uğrunda mübarizədir. Azərbaycan bir addım geri çəkilə bilməz. Erməni tərəfi dəhliz vermək istəmir. Azərbaycan belə olan halda o dəhlizi özü açmalıdır. Gördüyümüz kimi, Qarabağda da separatçı əhval-ruhiyədən əl çəkmirlər. Hər halda hərbi toqquşma gözləniləndir. Azərbaycan ordusunun atdığı addımlar düzdür. Hər gün bir addım qabağa getməliyik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan ordusu bir addım geri çəkilə bilməz. Zəngəzurda toqquşma olacaqsa, bu Ermənistanın deyil, İranın da sonunu gətirəcək.

Ermənistan informasiya məkanı daha çox aktivdir. Azərbaycan informasiya məkanı isə boşdur. Baxıram, bizim informasiya məkanımızda təslimçilik əhval-ruhiyyəsi hökm sürür. Baxıram, bizim informasiya məkanımızda təslimçilik əhval-ruhiyyəsi hökm sürür.

Ermənistan süni şəkildə yaradılıb. Zəngəzur bizim tarixi torpağımızdır. Harada imkan var, orada qabağa getməliyik.

Zəngəzur dəhlizini açmasaq, Azərbaycan bu prosesdə uduzmuş olar. Heç nəyə baxmadan prosesi davam etdirmək lazımdır. Əgər erməni tərəfinə güzəştə getsək, sonra onların qarşısını almaq olmaz. Hadisələrin gedişi də onu göstərir ki, Ermənistan müstəqilliyini itirəcək.

Səxavət Məmməd

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv