!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizinin REALLAŞDIRILMASI: "Laçın dəhlizi bağlansa da..." - ŞƏRH

!Reklam – Yazi

“Laçın dəhlizi bağlansa da, bağlanmasa da, Zəngəzur dəhlizini açmaq bizim borcumuzdur”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi açılmayacaq deməsinə və buna cavab olaraq Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Laçın dəhlizini bağlasaq da, Zəngəzur dəhlizi açılmalıdır:

“Bir daha bizim dediyimiz sübut olundu ki, nə Paşinyan, nə də onun komandası Azərbaycana hər hansısa güzəştə hazırdır. Azərbaycanda bəziləri “böyük-böyük” danışırdı. Az qalırdılar ki, Paşinyanı qəhrəman çıxarsınlar, sülh göyərçini adlandırsınlar. Bəlli olur ki, bizim dediyimiz düzdür. Paşinyan bildirir ki, Azərbaycana üç keçid yeri verə bilər. Paşinyan zaman qazanmağa çalışır. Ermənistana qətiyyən inanmaq olmaz, onlar heç vaxt verdiyi sözü tutmayıb.

Azərbaycanın əlində müxtəlif variantlar var. Onlardan biri də Laçın dəhlizinin bağlanmasıdır. Hadisələrin gedişi onu göstərir ki, Azərbaycan Laçın dəhlizini bağlamalıdır. Digər tərəfdən, Zəngəzur dəhlizi strateji məsələdir. Bəzən sual verirlər ki, Azərbaycan nəyə görə Zəngəzur dəhlizi üçün israr edir?.. Ona görə israr edirik ki, Azərbaycan 4 tərəfdən bağlıdır. Bizim okeana çıxışımız yoxdur. Azərbaycanın gələcəyi üçün dəhlizi açmalıyıq. Fürsətdən istifadə edib tarixi ədalətsizliyi bərpa etməliyik. Ermənistan qurulanda belə Azərbaycan ərazisində qurulub. Tarixi ədalətsizliyi bərpa etməli, Zəngəzur dəhlizini açmalıyıq. Göyçə gölü daxil, keçmiş torpaqlarımızı geri götürməliyik. Biz beynəlxalq hüquq nə deyir, ölkə daxilindəki Qərbin və İranın agentura şəbəkəsinin adamları nə deyəcək deyə düşünməməliyik. Onlar ölkə daxilində pessimizm, xof yayırlar. Ona görə də bu məsələləri dərindən öyrənmək lazımdır.

Azərbaycanın gələcəyi üçün Naxçıvan vasitəsi ilə Türkiyəyə, Avropaya çıxmaq imkanlarını dəyərləndirməliyik. Zəngəzur dəhlizi ilə bağlı dünyanın marağından başqa, Azərbaycanın özünün də maraqları var”.

Səxavət Məmməd

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv