!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzurda da keçirilməsi arzulanan SEÇKİLƏR: “Hər birimiz qürur duyacağımız tarixi hadisənin...”

!Reklam – Yazi

“Ölkənin bütün ərazisində olmasa da, müəyyən regionlarda seçkilərin monitorinqini obyektivliklə həyata keçirəcəyik”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində seçki kampaniyasının mümkün gedişatını dəyərləndirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, ilk dəfə Azərbaycanın bütün ərazilərini əhatə edəcək bu seçki xalq üçün toy-bayram sayılır:

“Düzdür, əvvəllər də seçkilər keçirilirdi, lakin indiki kimi deyildi. Bu seçkidə işğaldan azad olunmuş Qubadlıda, Ağdamda, Füzulidə, Xankəndidə, Şuşada da seçicilər gedib öz namizədlərinə səs verəcəklər. Hazırda hər birimiz qürur duyacağımız tarixi hadisənin şahidi oluruq. Ən böyük arzumuz isə bu seçkilərin Zəngəzurda da keçirilməsidir.

İnsanlarda seçki əhval-ruhiyyəsini artırmaq lazımdır. Çünki biz qalib xalqıq. Dünyaya bir daha öz gücümüzü göstərməliyik. Seçki kampaniyasına biz də qoşulduq. Ölkənin bütün ərazisində olmasa da, müəyyən regionlarda seçkilərin monitorinqini obyektivliklə həyata keçirəcəyik.

Bunları etməkdə məqsədimiz hər bir namizədə eyni münasibəti bəslədiyimizi göstərməkdir. Bütün xalqın seçkilərdə fəxrlə, qürur hissi ilə iştirak etməsini istəyirik. Çünki seçkilərdən sonra hər şeyin daha da yaxşıya doğru dəyişəcəyinin şahidi olacağıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

35
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv