!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzurda Rusiya sülhməramlılarının silah daşıyan “Kamaz”ı YANDI - FOTO

!Reklam – Yazi

Zəngəzurda Rusiya sülhməramlılarına məxsus “Kamaz” yanıb.

Yeniçag.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb. Bildirilir ki, bu gün, dekabrın 15-də Ermənistanın Sünik (Zəngəzur – red.) rayonunda fövqəladə hadisə baş verib.

Saat 10:50 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan-Meğri magistral.yolunun Sisyan-Spandaryan hissəsində “Kamaz” markalı avtomobilin yanması barədə məlumat daxil olub.

Rusiya sülhməramlılarına məxsus “Kamaz” markalı avtomobildə yanğın baş verib. Məlumata görə, yük maşını silah və sursat daşıyıb.

Vətəndaşların təhlükəsizliyi üçün yolun sözügedən hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. Xilasedicilər bir neçə yüz metr aralıdan görünən yanğını söndürürlər.

Xuraman Etibarlı

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv