!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngilan hava limanı açıldı - VİDEO / FOTO

!Reklam – Yazi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Zəngilan Beynəlxalq Hava Limanında R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

R.T.Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayiət edirlər..

Prezidentlər hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv