!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngilan polisi Ulu Öndəri yad etdi: Polis günü qeyd olundu - FOTO

!Reklam – Yazi

Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin və sabitliyin qorunmasında yüksək peşəkarlıq nümayiş etdirir. Bu fikirlər Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə səsləndirilib.

Yenicag.az xəbər verir ki, polis orqanlarının dövlətimizin milli maraqlarının qorunmasında əhəmiyyətli rolu vurğulanıb. Bildirilib ki, Ümimmlilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-i Azərbaycan Polisi Günü elan edilib.

Ulu öndər daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib.

Bu gün də Daxili İşlər Naziliyinin bütün orqanlarının fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır, maddi-texniki təminatı yaxşılaşdırılır.

Azərbaycan polisi ölkəmizin bütün ərazisində, o cümlədənişğaldan azad olunan şəhər və rayonlarımızda mühüm məsuliyyətin öhdəsindən layiqincə gəlirlər.

Tədbirdə xidməti fəaliyyətində fərqlənən bir qrup polis işçisi Fəxri fərmanla təltif olunub.

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv