!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngilanın zəngin RESURSLARI: "Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiyaya ixrac edirdi”.

Bu sözləri işğaldan azad edilmiş torpaqlarda inşa edilən aeroportların, o cümlədən Zəngilan rayonunun ölkə iqtisadiyyatının inkişafına mümkün təsirlərini dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, istənilən ərazinin reinteqrasiyası üçün başlanğıc olaraq mütləq şəkildə infrastrukturu yaradılmalıdır. İşğaldan azad olunan ərazilərdə inşa edilən hər bir aeroportun ümumi məqsədi olsa da, hər birinin də ayrı üstünlüyü mövcuddur:

“Zəngilan Beynəlxalq Hava Limanı ölkə üzrə ikinci, region üzrə birinci dərəcəli vacib aeroport olacaq. Qeyd edim ki, Azərbaycanın yol şəbəkəsi çox geniş və şaxəlidir. Belə ki, avtomobil yollarının uzunluğu 20 min kilometrə qədərdir. Bu isə ekvatorun yarısı deməkdir və 1/5 hissəsi işğaldan azad edilmiş ərazilərin payına düşür. Bundan başqa, Qarabağda 13 məntəqədə müasir avtomatlaşdırılmış hidroloji stansiyanın tətbiqi planlaşdırılır. Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Nəticədə Azərbaycanın ixrac potensialı güclənəcək.

Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir.

Zəngilan rayonu iki ölkə ilə qonşu olsa da, 6 ölkəni, eləcə də Asiya və Avropanı birləşdirən bir habdır. Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” yatağı var. Ehtiyatları 6 milyon 618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6 milyon 24 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ehtiyatları 28 milyon 943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 milyon 102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil yatağı, ehtiyatları 17 milyon 367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur.

Bunların hesabına Ermənistan “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəyə çevrilmişdi. Ermənistan Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiyaya ixrac edirdi. Söz yox ki, istismar edilən mineral resursların mənşəyini saxtalaşdıraraq Avropa ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu.

Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar da bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı “Qırmızı Kitab”a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır”.

Gülşən Şərif

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv