!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zərərçəkmiş: "Maqsud Mahmudov mənə 335 min manat ziyan vurub"

!Reklam – Yazi

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verib.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rasim Bayramov bildirib ki, uzun illər zərgərliklə məşğul olub.

O deyib ki, M.Mahmudov ona 335 min manat ziyan vurub: “Maqsud mənim malımı götürüb satıb, pulları isə mənimsəyib. Onu çoxdan tanıyıram. Özüm almaz mağazası işlətmişəm. Birgə iş görmüşük, ona etibar etmişəm. İnanmazdım ki, Maqsud mənə qarşı belə hərəkət edər. Ona 400-ə yaxın gümüş vaza vermişəm. XIX əsrə aid olan antikvar əşyalarımı ələ keçirib. Bu əşyalar babalarımdan qalıb”.

Məhkəmə davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir./Report/

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv