!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zərərlərin qarşılanması üçün bilavasitə ən vacib məsələ...” - EKSPERTDƏN AÇIQLAMA

!Reklam – Yazi

“Ümumilikdə kənd təsərrüfatı sektoru ölkəmizdə sığorta sisteminin ən zəif olduğu istiqamətlərdən biridir”.

Bu sözləri son günlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti fonunda ölkədə fermer və kənd təsərrüfatına dəymiş zərərin qarşılanması məsələsinə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında qeyd edib.

 

O, həmçinin bildirib ki, mövcud risklər böyüdüyü təqdirdə ödənişlərin artması səbəbilə sahibkarlar sığorta prosesində maraqlı olmurlar.

“İyun ayında yağıntı miqdarının həddən artıq olması nəticəsində bölgələrdəki fermer və kənd təsərrüfatlarına ciddi zərər dəyib. Bu zərərlərin qarşılanması üçün bilavasitə ən vacib məsələ sığorta sisteminin qurulmasıdır. Sığortalanan fəaliyyət istiqamətləri üzrə ödənişlərin həyata keçirilməsi mümkündür. Lakin sığorta tətbiq edilməyən istiqamətlərdə həmin sığorta şirkətləri tərəfindən ödənişin olması mümkün deyil.

Ümumilikdə kənd təsərrüfatı sektoru ölkəmizdə sığorta sisteminin ən zəif olduğu istiqamətlərdən biridir. Çünki burada risklıər həddən artıq böyükdür. Risklər böyüdüyü təqdirdə məhsuldarlıq da ürəkaçan durumda olmur. Bu səbəbdən də sığorta şirkətlərinə bir növ bu cür risklərin olduğu fəaliyyət sahəsini sığortalamaq o qədər də sərf etmir. Qeyd edilən risk ehtimalları böyük olduğu anlarda isə ödəniş məbləğləri yüksək olur. Belə məqamda fermerlər bu prosesdə maraqlı olmurlar. Nəticədə görürük ki, kənd təsərrüfatı sektorunda sığorta sistemi istənilən səviyyədə deyil.
Dövlət tərəfindən isə birmənalı olaraq mümkün qədər zərər dəymiş təsərrüfatlara dəstək göstərilir. Amma təəssüf ki, bütün fermerlərə dəyən zərərin dövlət tərəfindən tamamilə qarşılanması praktiki olaraq mümkün deyil”.

Yusif Səmədzadə

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv