!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Zerkalnı Əliyar” yenə qaydaları pozdu - VİDEO

!Reklam – Yazi

Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşov yenidən eyni əməli törədib.

Yenicag.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən vətəndaş “Zerkalnı Əliyar” adı ilə tanınan sürücünün Binəqədi rayonu 8-ci mikrorayonda, Cəfər Xəndan küçəsində qaydaları kobud şəkildə pozmasının görüntüsünü təqdim edib. Görüntüdən məlum olur ki, Ə.Dadaşov idarə etdiyi “Toyota Prado” markalı, 10-MM-100 dövlət qeydiyyat nişanlı avtomobillə piyada keçidində yolu keçməyə çalışan şəxsin həyatını riskə ataraq maşının sürətini azaltmadan hərəkətinə davam edir. Avtomobil daha sonra işıqforun xəbərdaredici işığına məhəl qoymadan irəliləyir.

Qeyd edək ki, ötən ay Əliyar Dadaşovun qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib. Həmin vaxt Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib.

Həmçinin məlum olub ki, mövcud qanunvericilikdə yol-hərəkəti qaydalarını təkrar pozmağa görə daha ağır cəza tədbirləri nəzərdə tutulmadığından Ə.Dadaşov barəsində daha sərt tədbirlər görmək mümkün olmur.

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv