Zəvvarlar sabah Azərbaycana qayıdır

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah vətənə dönürlər.

Bu barədə Yenicag.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Zəvvarların digər qrupları isə sentyabrın 4-ə qədər Azərbaycana qayıdacaq. Zəvvarlar 8 təyyarə ilə avqustun 11-dən 15-ə qədər Həcc ziyarətinə yola düşüblər.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

COP29