!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəvvarları daşıyan maşın dərəyə aşdı - 9 ölü, 5 yaralı

!Reklam – Yazi

Hindistanın şimalında zəvvarları aparan avtomobilin 150 metr dərinlikdə dərəyə aşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Times of India” nəşri məlumat yayıb.

Hadisə Uttarkaşi şəhərində baş verib. Furqondakı zəvvarlar Himalayda yerləşən Qanqotri məbədindən qayıdırmışlar. Sərnişinlərdən birinin sözlərinə görə, bir anda avtomobil qəfildən yoldan çıxıb.

Avtomobildə 13 zəvvar olub. Ölənlərdən 8-i zəvvar, 1-i sürücüdür. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin dəqiq səbəbi araşdırılır.

www.yenicag.az

10584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv