Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana DƏSTƏK

Reklam: Sinerji Pro

Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Kloud Ermənistanın təxribatına qarşı etirazını ifadə edib.

Yenicag.az xəbər verir ki, Alban Kloud bununla bağlı maraqlı paylaşım edib.

“Sentyabrın 27-dən başlayaraq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində güclü döyüşlər gedir. Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.

Mən müharibənin  əleyhinəyəm, lakin  çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.

Bu yazım, xüsusi ilə  şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcək”, – deyə o, bildirib.

www.yenicag.az

963