!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zeynəb ona yardım edən müğənninin adını AÇIQLADI: “Gizlicə boşqabımın altına...”

!Reklam – Yazi

 

Müğənni Zeynəb Həsənli həyatının ağır, sıxıntılı dönəmlərində ona maddi dəstək göstərən həmkarından danışıb.

Yenicag.az- xəbər verir ki, sənətçi Tolikin verilişində həmin şəxsin Vasif Əzimov olduğunu açıqlayıb:

“Həmişə demişəm, yenə təkrar edirəm ki, Vasif Əzimov mənim mükafatımdır. Hər şeyi verən Allahdır. Allah onu mənim qarşıma vasitəçi kimi çıxarıb. Avtoqəza keçirdiyim zaman işləmədiyim, pul qazana bilmədiyim vaxtlarımda Vasif Əzimov mənə çox kömək edib.

İki-üç ay işləyib, toyda oxuyub, evimə gəlib, gizlicə boşqabımın altına pul basıb, gedib. Həyatım boyu bunları unutmaram. Rəhmətlik anam onu çox istəyirdi. Vasif də həmin vaxt bəhanə edirdi ki, ananı görməyə gəlirəm. Çünki bilirdi, evə-ailəyə mən baxıram və hazırda pul qazana bilmirəm. Bu bəhanə ilə mənə pul gətirirdi”.

Nehru

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv