Xalq artisti Zeynəb Xanlarovanın martın 18-də Bakı Konqres Mərkəzində keçiriləcək konsertinin vaxtı dəyişdirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq konsertin vaxtı eyni məkanda mayın 3-ə təyin olunub.
12 ildən sonra tamaşaçılarına musiqi gecəsi vəd edən sənətkarın konserti “Dünyanın Zeynəbi” adı altında təqdim olunacaq.
Cəvahir