Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Zeytun böhranı” qorxusu

14164135895854412384_600x400Bu il Avropada zeytun yığımı bir neçə on ildə ən aşağı həddə enib. İspaniya, İtaliya və Fransada quraqlıq keçən bahar, sərin və yağışlı yay, üstəlik Avropanın Aralıq dənizi sahillərində zeytun bağlarını bürüyən zərərvericilər zeytun yağı istehsalçılarının təşvişinə səbəb olub.

Antik dövrlərdən zeytun yağının geniş istifadə edildiyi Avropada məhsul itkisi bu il İtaliyada 35 faizə, İspaniyanın cənubundakı Əndəlüs əyalətində isə 56 faizə çatıb. Bu səbəblə Avropa ölkələrində zeytun yağının kəskin bahalaşması müşahidə olunur.

Qeyd edək ki, dünyada istehsal olunan zeytun yağının üçdə iki hissi və istehlakın 66 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür. Köhnə Qitə üçün ənənəvi olan bu sahə keçən il iqtisadiyyata 1,8 milyard avro gəlir gətirib.

(azertag.com)

Loading...

www.yenicag.az

286