!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zibillikdən yemək yeyən qocanın on evi olduğu ÜZƏ ÇIXDI - FOTO

!Reklam – Yazi

Almaniyadan olan 80 yaşlı qoca zibil qutularını dolaşaraq özünə on ev alıb.

Yenicag.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb. Bildirilir ki, bütün günü zibil qutularını eşələyən 80 yaşlı alman YouTube-da biznes mühazirələrinə baxaraq milyonlarla avro toplayıb və on ev alıb.

Qoca 3600 avro pensiya alır, amma hər şeyə qənaət edir. Ayda 5 avro ərzaq məhsullarına xərcləyir, zibilliklərdə yemək tapır və evini tullantılarla doldurur.

Sahib olduğu yeganə əşya ona qənaətcil olmağı öyrədən biznes mühazirələrini izləmək üçün noutbukdur.

O, qazandığı pulları sonradan kirayə vermək üçün evlərin alınmasına və təmirinə yatırır.

Hazırda portfelində on ev var. Təqaüdçü əmindir ki, bir çox insanlar öz israfçılığı və əllərində olan resurslara diqqətsizlik ucbatından yoxsulluq içində yaşayırlar.

Xuraman Etibarlı

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv