Reklam: High Technic
hightechnic

Zibilliyi xatırladan qanunsuz bazarda tədbir - 3 nəfər cərimələndi  

Şabran rayon, Ağalıq kəndi ərazisində Bakı-Xaçmaz magistral yolunun sağ və sol tərəfində qanunsuz bazarın yaradılması barəsində xəbər vermişdik.

Yenicag.az-da dərc olunan “Zibilliyi xatırladan qanunsuz bazar – Məmurların “pul oyunu” – VİDEO” başlıqlı yazıda qanunsuz bazar, ərazinin zibillənməsi və yol hərəkətinə manelərdən söz açmışdıq.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun əməkdaşı polis leytenantı Nizam Həmidov saytımıza açıqlamasında bildirib ki, küçə ticarəti ilə məşğul olan 3 nəfər şəxs cərimələnib:

“Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Ağalıq kəndi ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olduqlarına görə 3 nəfər şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq müvafiq tədbir görülüb və həmin şəxslər cərimələniblər”.

Qeyd edək ki, rayon sakinləri ilə yanaşı, yoldan keçənlər də yaranmış vəziyyətdən şikayətçi idi.

Səxavət Məmməd

www.yenicag.az

204