Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub.
Məlumata görə, tapılmış əşyalar polisə təhvil verilib. “Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır:
1) 161 ədəd 7.62 çaplı təlim patronu 2) 38 ədəd 7.62 çaplı patron 3) 9 ədəd 5.45 çaplı patron 4) 2 ədəd radioötürücü 5) 1 ədəd radioötürücünün cərəyan dolama cihazı 6) 1 komplek hərbi durbin 7) 1 ədəd PDM-2 30 mm-lik mərmisi 8) 1 ədəd tüfəng qundağı Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır. (qafqazinfo.az)