!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zibilxanadan silah tapıldı

!Reklam – Yazi

83896Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub.
Məlumata görə, tapılmış əşyalar polisə təhvil verilib. “Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır:

1) 161 ədəd 7.62 çaplı təlim patronu 2) 38 ədəd 7.62 çaplı patron 3) 9 ədəd 5.45 çaplı patron 4) 2 ədəd radioötürücü 5) 1 ədəd radioötürücünün cərəyan dolama cihazı 6) 1 komplek hərbi durbin 7) 1 ədəd PDM-2 30 mm-lik mərmisi 8) 1 ədəd tüfəng qundağı Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır. (qafqazinfo.az)

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv