!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zibilxanaya çevrilən Qanlıgöl: "Bu ərazidə çoxmənzilli binaların tikintisi nəzərdə tutulub"

!Reklam – Yazi

Paytaxtın Yasamal rayonu ərazisində, qəbiristanlığın yaxınlığında yerləşən Qanlıgöldə ekoloji vəziyyət bərbaddır.

Belə ki, bu göldən artıq zibilxana kimi istifadə edənlər var. Qeyd edək ki, bu göllə bağlı problemlər 2001-ci ildən mövcuddur. Qanlıgöl Yasamalda yerləşən MİDA yaşayış kompleksinin yaxınlığında yeləşsə də, gölün abadlaşdırılmasına kifayət qədər diqqət göstərilməməsi vətəndaşların narazılığa səbəb olub.

Qismən qurudulan gölün indiki vəziyyətini şərh edən əmlak eksperti Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən gölün hazırkı bərbad görüntüsü daimi xarakter daşımır:

“Yaxın zamanlarda Qanlıgölün ətrafında böyük tikinti işlərinin başlayacağı gözlənilir. Belə ki, “Kristal Abşeron” tikinti şirkəti tərəfindən gölün təmizlənməsi və parkın salınması nəzərdə tutulur. Ona görə də Qanlıgölün indiki vəziyyətinin acınacaqlı olması müvəqqəti xarakter daşıyır. Eyni zamanda, şəhərin Baş Planına uyğun olaraq Qanlıgöldə çoxmənzilli binaların tikintisi və göl kənarında abadlıq işlərinin aparılması nəzərdə tutulub. Yaxın vaxtlarda Qanlıgöldə böyük bir şəhərciyin salınması işlərinə başlanacaq. Nəticədə Qanlıgöl şəhərin abad bölgələrindən birinə çevriləcək”.

Qanlı gölü necə barbarcasına məhv edirlər. Bir fotoda bir videoda təsvir etmək mümkün deyil. Digərlərini rəylərə atacam. Nə ETSN var burda nə də ETSN i sayan var. Dünən hərfi mənada söydülər, yazmışam bu barədə. Amma illərlə davam edən bu barbarlıq elə məcazı mənada ETSN i söyməkdir.

Ətrafında o qədər yaşayış binası var. Yeniləri də planlaşdırılır. Bu tərəfdə isə Botanika bağı. Olmaz ki, bu gölü bərpa edib təbiət parkına çevirsinlər. Ətraf sakinlər də gəzinti üçün şəhərin mərkəzinə gəlmək məcburiyyəti yaşamasın. Elə şəhərlər var milyardlarla vəsait xərcləyir süni göllər yaradır, mavi infrastruktur yaradır. Biz isə şəhərin olan qalan təbiətini də məhv edirik. Kamazı 1 manata.

Posted by ecofront on 4 Aprel 2022, Bazar ertəsi

 

Gülşən Şərif

www.yenicag.az

1171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv