Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ziraat Bank Azərbaycan” ASC yüksək faizli depozit kampaniyasına start verdi!

Türkiyə Ziraat Bankının 157 illik təcrübəsindən faydalanaraq qurulduğu gündən etibarən  daima müştərilərinin rahatlığı üçün yeni məhsul və kampaniyalar təklif edən “Ziraat Bank Azərbaycan” depozitlərə yüksək faiz kampaniyasına start verdi.

Banka AZN valyutasında 12 aydan 36 aya qədər müddətli əmanət yerləşdirən fiziki şəxslərə əmanət faizlərini müddət sonu aldıqda 10%, aylıq aldıqda isə 9% olmaqla yüksək faizli şərtlər təqdim edilməkdədir.

Həmçinin kampaniya müddətində yeni depozit yerləşdirən müştərilər bankın təqdim etdiyi depozit qutusu məhsulundan  istifadə etdikləri təqdirdə  12 aylıq istifadədə  ilk 3 ayı pulsuz təklif edilir.

Kampaniya müddəti 21.12.2020 – 25.01.2021 tarixlərini əhatə edir.

Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yeni fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində olmaqla 5 filialı mövcuddur. Buna əlavə olaraq , Bank qısa müddət ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.

www.yenicag.az

205