“Ziraat Bank Azərbaycan” ilin bankı seçildi – VİDEO

Bakıda “Caspian Business Award 2018” adlı beynəlxalq mükafatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə “Caspian European Club”un üzv şirkətlərinin nümayəndələri və rəsmi şəxslər iştirak edib.

Mərasimdə Azərbaycanda bankçılığın inkişafına göstərdiyi xidmətlərə görə, “Ziraat Bank Azərbaycan” ASC “İlin Bankı” seçilib.

Mükafat bankın İdarə Heyətinin sədri Avni Demirçiyə təqdim olunub.

“Ziraat Bank Azərbaycan”ın yaranma tarixi, keçdiyi inkişaf mərhələləri, əldə edilən nailiyyətlər, bankın fəaliyyət göstəriciləri barədə ətraflı məlumat verən Avni Dəmirçi rəhbərlik etdiyu qurumun fəaliyyətini dəstəkləyən tərəfdaşlara, inkişafı yolunda onunla birgə addımlayan müştərilərə öz minnətdarlığını bildirib.

Avni Demirçi qeyd edib ki, “Ziraat Bank Azərbaycan” ASC üçün 2018-ci il əlamətdar il olub, keyfiyyət dəyişikliyi və əldə etdiyi uğurlarla bankın nüfuzunun daha da möhkəmləndirməsi ilə yadda qalıb.

COP29