Reklam

Reklam

“Ziraat Bank Azərbaycan” qəbul şöbəsi köməkçi vəzifəsinə işə dəvət edir.

Yeniçağ.Az-ın məlumatına görə, ali təhsilli, Ofis proqramlarında sərbəst işləməyi bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi martın 15-dir.

Vəzifəyə olan tələblər:
– Ali təhsil;
– Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini orta səviyyədə bilmək;
– Ofis proqramlarında sərbəst işləməyi bacarmaq;

Əsas vəzifələr:
– Gələn ziyarətçiləri qarşılamaq və yönəltmək;
– Gündəlik görüşləri planlaşdırmaq;
– Sənədləri tərtib, tərcümə etmək, həmçinin icrada olan məsələlərə nəzarət etmək;
– Daxil olan zəngləri cavablandırmaq;
– Daxil olan müraciətləri qeydə almaq;
– Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirilmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Qəbul şöbəsi qeyd etməyiniz vacibdir.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 401
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."