!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Bankçılıq Məktəbinin təlim proqramını uğurla bitirdi

!Reklam – Yazi

Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən
Bankçılıq Məktəbinin növbəti məzunları sırasında yer alıblar. Onlar 6 həftə ərzində Türkiyə Ziraat
Bankası-nın müxtəlif sahələr üzrə ixtisaslaşmış əməkdaşları tərəfindən tədris olunan təlimlərdə
iştirak ediblər.

Tədris zamanı əməkdaşlar makro və mikroiqtisadi siyasət, mühasibat uçotu, hüquq,
statistika və şəxsi inkişaf, bankçılıq sahəsinə aid yeniliklər haqqında məlumatlar əldə ediblər. Tədris
proqramının son günündə bank əməkdaşları göstərmiş olduğu yüksək nəticələrə görə Türkiyə Ziraat
Bankası-nın Analitik Bankçılıq və Məhsul İdarəetmə Qrupunun rəhbəri, həmçinin Ziraat Bank
Azərbaycanın Müşahidə Şurasının sədri Dr. İlker Met tərəfindən 2023 Bankçılıq Məktəbi sertifikatı
ilə təltif olunublar.

Qeyd edək ki, Ziraat Bank Azərbaycan ənənəvi olaraq mütəxəssislərinin Türkiyə Ziraat Bankası-nın
Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbində bank sahəsinə aid müxtəlif tədris
proqramlarında iştirak etmələrini həyata keçirir. Bununla da bank əməkdaşları 159 illik tarixə malik
olan Ziraat Bankın ixtisaslaşmış kadrlarının təlimlərində iştirak etməklə, onların təcrübələrini
dinləyir və bu sahədə inkişaf etməklə, biliklərini Azərbaycanda tətbiq edirlər.

Həmçinin Ziraat Bank Azərbaycan mütəmadi olaraq rəhbər kadrlarını və mütəxəssislərini müxtəlif
təlim və tədris proqramlarına göndərməklə onların Türkiyə, o cümlədən dünyadakı bank sahəsində
baş verən yeniliklər və dəyişikliklər barədə məlumatlanmalarını təmin edir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat
Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ
və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində
yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə
təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook,
Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv